Həmyerlilərimiz "O səs"də yarımfinala çıxdı - Pərvindən gözlənilməz qərar

Həmyerlilərimiz "O səs"də yarımfinala çıxdı - Pərvindən gözlənilməz qərar
6247 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə” yarışmasının “Duellər” mərhələsi baş tutub.
 
Axşam.az xəbər verir ki, həmin mərhələnin əsas iştirakçılarından ikisi də həmyerlilərimiz Pərvin Səfərovla Ayla Ray olub. Murad Bozun komandasında yarışan Enis Uymaz, Ahmet Tuncer İsgəndər və Pərvin çıxış ediblər. P.Səfərov “Yorğun illərim” mahnısını səsləndirib və növbəti mərhələyə keçib. Lakin daha sonra Pərvin səhhətində yaranan problemlə əlaqədar yarışmanı yarımçıq tərk edib. O, aznews.az-a açıqlamasında bunları deyib:

“İkinci turdan keçdim. Düzü, həmin vaxtlar bir az soyuqlamışdım. Düşündüm ki, 3-cü tura kimi səhhətim qaydasına düşər. Elə bu vaxt xəbər gəldi ki, “3-cü turdur, təcili gəlməlisiniz”. Bu vəziyyətdə də getdim. 3-cü turda məndən 3 mahnı istədilər. Bu mahnıların arasında Azərbaycan mahnısı olsa da, münsiflər nədənsə “Değme benim gamlı yaslı gönlüme” türk mahnısını oxumağımı istədilər. Mahnı uğurlu alınmadı. Beləcə, bu ifa mənim işığa doğru gedən yolumu bağladı”.



Daha sonra isə Yıldız Tilbenin komandasından olan Ayla Rayla Pembegül Bayram səhnəni bölüşüblər. Onlar “Black velvet” əsərini duet oxuyublar. Tilbe yarışmaya Ayla ilə davam edib.