Məşhur cütlük 22 illik evliliyə son qoydu

Məşhur cütlük 22 illik evliliyə son qoydu
1198 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən ilin oktyabrında Hollivudun məşhur cütlüyü Evan MakQreqorla İv Mavrakisin ayrıldığı deyilsə də, məlumat təsdiqini tapmamışdı.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün 22 il sonra boşanması rəsmi şəkildə təsdiq olunub. Evanla İv oktyabrdan ayrılsa da, rəsmi şəkildə ötən həftə boşanıblar. Ayrılığa səbəb kimi “anlaşılmazlıq üzündən yola getməmə” göstərilib.

Qeyd edək ki, Evanla İvin Ester adlı oğlu, Klara adlı doğma, Anuk adlı övladlığa götürülmüş qızları var.