Yaxın günlərdə hava sabit keçəcək

Yaxın günlərdə hava sabit keçəcək
503 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan ərazisində növbəti iki-üç gündə, yanvarın 25-dək müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Axşam.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə hava şəraiti sabit keçəcək:
 
“Hava şəraiti mülayim və əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.