"Leyli və Məcnun"un 110 illiyi ilə bağlı yubiley tamaşası olub

"Leyli və Məcnun"un 110 illiyi ilə bağlı yubiley tamaşası olub
406 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının 110 illiyinə həsr edilən yubiley tamaşası keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov ifa edib.

Səhnə əsərində həmçinin xalq artisti Sabir Əliyev, əməkdar artistlər Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Afaq Ağayeva və aktyorlar Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Vüqar Əliyev rol alıblar.

Tamaşanı əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.

Qeyd edək ki, Azərbaycanda və müsəlman Şərqində operanın ilk nümunəsi olan "Leyli və Məcnun" dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınmış və elə həmin il yanvarın 12-də yeni təqvimlə 25-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri yarandığı vaxtdan insiyə kimi fasiləsiz olaraq 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır. Bu illər ərzində milli muğam sənətinin əksər tanınmış və görkəmli nümayəndələri tamaşanın baş rolları olan Leyli və Məcnun partiyalarını ifa ediblər.