Azərbaycana yeni avtomobillər gətirilir - fotolar

Azərbaycana yeni avtomobillər gətirilir - fotolar
3004 dəfə oxunub
  • A-
  • A
  • A+
Artıq 4 ildir, Azərbaycan avtomobil bazarında yer alan Çinin nəhəng avtomobil istehsalçısı olan CHANGAN markası maşın həvəskarlarına yeni avtomobillər təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, fevralın sonlarında Azərbaycana gətiriləcək Changan Alsvin V3 modeli kompakt sedan tiplidir. Avtomobilin əsas üstünlüyü ekonomik olmasındadır. 1.4 litr mühərrik, 4 pilləli mexaniki transmissiya ilə təchiz olunan Alsvin V3 modeli ilkin ödəniş 10% olmaqla, 1 ildən 5 ilədək sadə kredit şərtləri ilə satışa çıxarılacaq. Alsvin V3 modeli də "Changan" markasının digər modelləri kimi 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur.

Xatırladaq ki, Alsvin modelinin V5 versiyası 2013 cü ildə, V7 versiyası isə 2017-ci ildə Azərbaycanda satışa çıxarılıb. Alsvin V3 modelindən əlavə "Changan" markası yay aylarında kompakt krossover olan CHANGAN CS 15 modelini və sentyabr ayında CHANGAN CS 95 SUV-ini avtomobil həvəskarlarına təqdim edəcək.

"Changan" markasının Azərbaycanda yeganə və rəsmi distribütoru "Sirena Motors" şirkətidir. "Sirena Motors"un təqdim etdiyi avtomobillər haqda ətraflı məlumatı Sirenamotors.az saytından əldə edə bilərsiniz.

Satış mərkəzlərinin ünvanları:

Mərkəzi satış salonu, Bakı Sumqayıt şosesi 7 ci km: (012) 341 11 33, (012) 341 11 44, (050) 226 32 00

Babək prospekti 2222: (050) 226 32 05

Gəncə şəhəri, Şəmkir şosesi, hava limanının yaxınlığı: (070) 991 19 19

QAYNAR XƏTT: 1630