Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə
5819 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli dərgilərdən birinə verdiyi müsahibəsində ilk dəfə keçmiş əri, aktyor Bred Pittlə ayrılma səbəbini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa aralarndakı münasibətlərin birdən deyil, zamanla soyuduğunu dilə gətirib.

“Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir”.

Coli Bredlə “Mr. and Mrs. Smith” adlı filmin çəkiliş zamanı tanış olduqlarını və sonuncu dəfə birlikdə “By the Sea” ekran işinə çəkildiklərini bildirib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Ötən ilin ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.