Xatundan gözlənilməz qərar - toy qiymətinə endirim kampaniyasına başladı

Xatundan gözlənilməz qərar -  toy qiymətinə endirim kampaniyasına başladı
2151 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər müğənnilərin əksəriyyəti toy bazarının zəifləməsindən gileylənirlər. Toysuzluqdan əziyyət çəkən müğənni Xatun Əliyeva özünə maraqlı çıxış yolu tapıb.

Axşam.az-ın məlumatına görə, sənətçi toy qiymətlərinə endirim edib. Bu haqda onun prodüseri İnstaqram səhifəsində elan verib:

“Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Amma nədənsə, toy biznesində rast gəlinmirdi. Axır ki, bunu ilk dəfə Xatun Əliyeva etdi. Bunu bəzi müğənnilər yaxşı qarşılamasa da, bizi bu yerlərə gətirən, dolandıran xalq bəyənəcək”.

Daha sonra Xatun özü də bu sözləri paylaşıb və endirim kampaniyasına başladığını yazıb:

“Yanvar və fevralda xınalarda, bütöv toy, yarım saatlıq çıxışda, ölkədən kənarda olan toylara endirim edirik. Həm xanımlardan, həm də bəylərdən ibarət pozitiv ansamblımla xoş günlərinizi mənə və komandama etibar edin. Bəyənməsəniz puıunuzu geri qaytaracam. Xatun dedi və etdi”.