Ayrılıq acısı yaşayan Sılanı Amerikaya çağırdılar

Ayrılıq acısı yaşayan Sılanı Amerikaya çağırdılar
807 dəfə oxunub
  • A-
  • A
  • A+
15 gün əvvəl Los-Ancelesə tətilə gedən Beren Saatla Kənan Doğulu yanlarına müğənni Sılanı da çağırıblar.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor sevgilisi Ahmet Kuraldan ayrılan Sılaya mənəvi dəstək olmaq üçün cütlük bu addımı atıb. Kənanla Beren Sılanı Amerikadakı evlərində qonaq etmək istədiklərini bildiriblər.

Sılanın təklifi qəbul etdiyi və yaxın günlərdə 10 günlük tətil üçün Los-Ancelesə gedəcəyi deyilir.