"Beş gündü xınaya gedir, artıq endirim edib" - Xatunu tənqid etdilər

"Beş gündü xınaya gedir, artıq endirim edib" -  Xatunu tənqid etdilər
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində müğənni Xatun Əliyevanın toy qiymətinə endirim etməsi xəbərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, Tolik bildirib ki, bu cür addım müğənnini hörmətdən salır:

“Xalq sizi bəyənirsə, onsuz da çağıracaq. Xatunu efirə bağlamaq istədik, dedi ki, vaxtı yoxdu. Yəqin səhər xına yaxır, vaxtı yoxdu. Müsahibənlə bağlı sual verəcəkdim sənə. İddialı müğənni idin, amma indi sənə nə oldu? Bu, özgüvənin olmamasından irəli gəlir. Nə qədər siz müğənnilər kanallardan imtina edib, özünüzü böyük adam kimi göstərəcəksiniz?

Siz bura gəlməsəniz də, yayımlanan seriallara baxılacaq, tamaşaçısız qalınmayacaq. Bir müğənni çıxsın desin ki, 360 gün efirə gəlməyəcəm, amma gündəmdə qalacam. Əgər olsa, burada it kimi hürərəm”.

Müğənnilər Sevil və Sevinc Səfərovalar isə "Beş gündü xına mərasimi təşkil etməklə məşğuldur, artıq endirimə başlayıb. Bu o deməkdir ki, işi bacarmır" deyə, əlavə ediblər.