Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı
9671 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətıliyeva arasındakı qalmaqal gündəmdən düşmür.

Axşam.az-ın məlumatına görə, Xatun Fatimənin onun ideyasını oğurladığını demişdi. Müğənni Yeni ildə etdirdiyi fotosessiyanın eynisini rəqqasənin də etməsindən gileylənib.

Xatunun bu addımı Fatimənin salonunda çalışan stilist qardaşı Balaşın başında çatlayıb. Belə ki, Fatimə Balaşı işdən çıxarıb.

Rəqqasə bu etirafı “Hər şey daxil” verilişində edib. O bildirib ki, artıq Xatunla dostluqları bitib və düşmənə çevriliblər:

“Xatunla əvvəl aramızda soyuqluq var idi, sonra barışdıq. Sonra Balaşı salonuma dəvət etdim. Balaşa hörmət etmişəm, həmişə də edəcəm. Amma artıq mənimlə çalışmır. Necə mənimlə çalışa bilər ki? Xatunla dost olmuşuq, amma indi deyilik”.