Daha bir jurnalist infarkdan dünyasını dəyişdi

Daha bir jurnalist infarkdan dünyasını dəyişdi
2632 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış jurnalist Nicat Məlikov axşam saatlarında qəfildən dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə mərhum jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb.

O, mağazaya gedərkən ürəyi tutub və küçədə yıxılaraq keçinib.

1979-cu ildə anadan olan Nicat 3 uşaq atası olub.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə "Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, N.Məlikov "Vesti.Az” saytında müxbir kimi çalışıb.

Qeyd edək ki, tanınmış jurnalist Natiq Qədimov da iki ay əvvəl infarktdan dünyasını dəyişib.