6 gün evli qaldığı keçmiş ərinin dəfninə getmədi

6 gün evli qaldığı keçmiş ərinin dəfninə getmədi
2257 dəfə oxunub
  • A-
  • A
  • A+
71 yaşlı müğənni Ajda Pekkanın 6 gün evli qaldığı ilk həyat yoldaşı Coşkun Sapmaz dünyasını dəyişib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi ilk ərinin dəfninə getməyib. 64 yaşında infarktdan dünyasını dəyişən Sapmaz Adananın zəngin iş adamlarından biridir. O, 45 il əvvəl – 1973-cü ildə Ajda Pekkanla nikaha daxil olub. Lakin atası Ahmet Sapmazın bu nikaha qarşı çıxması səbəbindən 6 gün sonra boşanmışdı. O zaman Coşkunun 19, Ajdanın 28 yaşı vardı. Boşandıqdan sonra Sapmazla bir daha görüşməyən Ajda onun dəfninə də getməyib.

Qeyd edək ki, Coşkun Sapmaz daha sonra 2 dəfə ailə qurub. İkinci evliliyindən iş adamının 2 oğlu var.