Həyat yoldaşı ilə bağlı sual Xatirəni əsəbiləşdirdi

Həyat yoldaşı ilə bağlı sual Xatirəni əsəbiləşdirdi
25751 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam geyimləri ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında son günlər paltarlarının sosial şəbəkədə müzakirə olunmasına əsəbiləşdiyini bildirib:

“Əksər hallarda geyimlərimi özüm seçirəm. Sosial şəbəkədə hərdən müzakirə edilir, ola bilər. Bəzən cavab verirəm, amma sonra peşman oluram. Bir adamı hamı sevə bilməz. Hərdən açıq, hərdən qapalı geyinirəm. Bu, mənim şəxsi işimdir. Şəkil paylaşanda çox vaxt şərhləri bağlamıram. Düşünürəm ki, kiminsə fikri sənə maraqlı deyilsə, bağlamaq lazımdır. Ona görə də çox vaxt bağlayıram”.

Həyat yoldaşı Fəxrəddin bəylə bağlı sual Xatirəni əsəbiləşdirib. O, "Həyat yoldaşınız geyimlərinizə qarışır" sualına belə reaksiya verib:

“Ümumiyyətlə özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq”.