Əməkdar artist Moskvada konsert verib - fotolar

Əməkdar artist Moskvada konsert verib - fotolar
1242 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskva Filarmoniyasının Çaykovski konsert zalında Azərbaycanın əməkdar artisti, Rusiyanın Böyük Teatrının solisti, beynəlxalq müsabiqələrin laureatı Dinarə Əliyevanın konserti keçirilib.

Axşam.az "Report"a istinadən məlumatına görə, opera konserti D.Əliyevanın son iki ildə birgə çalışdığı, amma bu yaxınlarda vaxtsız vəfat edən mərhum rusiyalı tenor Dmitri Xvorostovskinin xatirəsinə həsr olunub.

Müğənniniz sözlərinə görə, o, uzun müddətdir konsertə hazırlaşıb və bu, onun karyerasında mühüm mərhələ olub.

Musiqi axşamında D.Əliyeva Cüzeppe Verdi və Cakomo Puççininin dahi operalarından ariyalar ifa edib.

Azərbaycanın Moskvadakı diasporunun üzvləri müğənniyə dəstək olmaq üçün konsertə gəliblər.