"Qara Qarayev" stansiyasında musiqili proqram təşkil ediləcək

"Qara Qarayev" stansiyasında musiqili proqram təşkil ediləcək
950 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bakı Metropoliteni"ndə SSRİ xalq artisti, bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd ediləcək.

Axşam.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.