"Yuğ"da “Təklif” hazırlanır

"Yuğ"da “Təklif” hazırlanır
867 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət “Yuğ” Teatrında A.P.Çexovun “Təklif” birpərdəli vodevili əsasında yeni tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.

Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbasova, Zümrüd Qasımova, Elgün Həmidov və Hikmət Rəhimov çıxış edirlər.

Tamaşanın premyerası mart ayına nəzərdə tutulub.