Budəfəki fotolarının müəllifi əridir

Budəfəki fotolarının müəllifi əridir
4553 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Ceyson Steytmen xanımı, model Rozi Hantinqton Uaytli və 8 aylıq oğlu Cek Oskarla isti ölkələrdən birinə istirahətə yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı Ceyson tətildə 30 yaşlı xanımını müxtəlif yerlərdə, müxtəlif obrazlarda lentə alıb.

Gah çimərlik geyimi, gah da yay libaslarında olan Rozi fotolarını İnstaqram hesabında yerləşdirib.

Fotosessiyanı xatırladan həmin şəkillərin bəzisində cütlüyün oğulları da yer alıb.

Qeyd edək ki, 2010-cu ildən tanış olan Ceyson və Uaytli 2016-cı ildə ailə qurub. Cek isə 2017-ci ilin iyununda dünyaya gəlib.