"Paltarımı sata bilərsən" - fotolar

"Paltarımı sata bilərsən" -  fotolar
4011 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Demet Akalın Uludağda bir məkanda səhnəyə çıxdı.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Akalın gecəyə ağ uzun libas geyinib. Tədbirdən sonra müğənni paltarını ad günü olan bir pərəstişkarına hədiyyə edib.

Bunun ardından isə Akalın sosial şəbəkə profilindən bir açıqlama yayıb. "Paltarın yarıqları son dəqiqədə əllə tikilib. Ad günü olan pərəstişkarıma hədiyyə etdim. Satmasına icazə verirəm" deyə, o, bildirib.

Akalın bundan əvvəl çəkmələrini bir fanatına vermiş, onu satışa çıxardığını öyrənəndə isə geri istəmişdi.