Penelopa Kruz əri ilə qırmızı xalıda - fotolar

Penelopa Kruz əri ilə qırmızı xalıda - fotolar
1942 dəfə oxunub
  • A-
  • A
  • A+
45 yaşlı aktrisa Penelopa Kruz 48 yaşlı aktyor əri Havyer Bardemlə “Goya Cinema Awards” mükafatlandırma gecəsinə qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Madriddə təşkil edilən gecənin ulduz qonağı olan cütlük səmimi davranışları ilə diqqət çəkib. Penelopa gecədə “Eskobar” filminə görə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub.

Kruz təqdimata ağ uzun yarıqlı libasda yollanıb. Aktrisanın geyimi metallik Svarovski daşları ilə bəzədilib. Penelopanın gecə üçün paltarını Donatella Versaçe hazırlayıb.