Aparıcılar Azər İsmayılov və Vüsalə Əlizadə bir araya gəliblər.

Axşam.az-ın məlumatına görə, bir neçə il əvvəl boşanan cütlük qızı Diləklə birlikdə gün keçiriblər.

Azər birlikdə çəkdirdikləri fotonu İnstaqram səhifəsində paylaşıb və “Dilək balam artıq 6 yaşına keçir. Atasının gül balası, səni təbrik edirəm. Birlikdə maraqlı video olacaq. Yeri gəlmişkən şəkil pis alınıb” sözlərini yazıb.

Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. 2016-cı ildə Azər ikinci dəfə ailə qurub.



                 

Digər Xəbərlər