Azərbaycanlı modelyerin Çırağan Sarayında dəfiləsi oldu

Azərbaycanlı modelyerin Çırağan Sarayında dəfiləsi oldu
1888 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı modelyer Zemfira Musayeva Çırağan Sarayında yeni kolleksiyasını təqdim edib.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Modelyerin uzun müddətdir hazırladığı kolleksiyaya cəmiyyət və iş dünyasından böyük maraq oyanıb. Zemfira geyimləri Lev Tolstoyun “Anna Karenina” romanından təsirlənərək hazırladığını bildirib.

O, Lina Aliyeva ilı birlikdə hazırladığı 50-dən çox geyim modeli təqdim edib. Geyimləri aksesuarlarla bəzəyən isə dünya şöhrətli Pariza Maghzian olub.