Əməkdar artist Nüşabə Ələsgərlinin həyat yoldaşı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, müğənni onu tənqid edənlərə sərt cavab verib:

"Görəsən, bir insanın xoşbəxtliyinə niyə qulp qoyurlar? Bax, sizə nə xoşbəxtəm, bədbəxtəm? Gəlib kömək edəcəksiz?"

Nüşabə ilk dəfə özündən yaşca kiçik ərinin fotolarını paylaşaraq 12 ildir evləndiyini deyib:

"Yazıqlar, biz 12 ildir evliyik, nikahımda var, kəbinim də. Məcbur etdiniz, yoxsa, nəyimə lazımdır cavab verim".