Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı

Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı
14178 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
 
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
 
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. 
 
Allah rəhmət eləsin!