Müğənni Sərdar Ortaç illərdir onunla küsülü olan Ebru Gündeşin konsertinə yollanıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecədə sevilən mahnılarını səsləndirən Gündeş şəhid xəbərlərini eşidincə proqramını yarımçıq dayandırmalı olub. Tamaşaçıları səhnədən salamlayan Ebru prodüser Hüseyn Emrenin “Dəcəl oğlanla sevimli qızı barıdşıraq?” sualından sonra Sərdarı səhnəyə dəvət edib.

Həmkarlar öpüşüb-görüşərək küsülülüyə son qoyublar. Ortaçın “Duet hazırlayaq” təklifinə Gündeş “Əsas olan sağlamlıqdır. Sənə “yox” demək şansım yoxdur” cavabını verib.