Günay ərini məhkəməyə verdi

Günay ərini məhkəməyə verdi
1391 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva 3 il əvvəl aktyor əri Tolqa Karellə boşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məhkəmə qərarı ilə Tolqa oğluna hər ay 500 lirə (təxminən 240 manat) təzminat ödməli idi. Günay təzminatın 5 min lirəyə qaldırılması üçün məhkəməyə müraciət edib.

Musayeva şikayətində “Tolqa amerikalı arvadına 20 min dollara brilyant üzük alıb, toyuna 90 min dollar xərcləyib. Vertolyot kirayələyib lüks tətillərə apardı. Mənim uşağımın isə danışa bilməmək xəstəliyi var. Tolqa bu qədər lüks həyat yaşadığı halda uşağına 500 lirə təzminat ödəməsi haqsızlıqdır” deyə, bildirib.

Daha sonra isə Karelin 20 aydır təzminat ödəmədiyi ortaya çıxıb. Günay buna görə yenidən məhkəməyə müraciət edib. Aktyorun 2016-cı ilin martından 2017-ci ilin oktyabrına qədər heç bir pul ödəmədiyi deyilib. Günay ondan 12 698 lirə (təxminən 6 min manat) pul alacağını bildirib.