Onlar küsülü imiş: "Heç vaxt barışmaram"

Onlar küsülü imiş: "Heç vaxt barışmaram"
3634 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri ilə Miri Yusif uzun müddətdir küsülü imiş.

Axşam.az-ın məlumatına görə, bu haqda Nura “ATV maqazin onlarla”ya açıqlamasında deyib. O bildirib ki, həmkarını heç vaxt bağışlamayacaq:

"Son vaxtlar oxu tərzi çox eynidir. Ulduzlaşıb, özünə əmindir. Düşünür, nə oxusam tutacaq. Danışmırıq onunla, danışmayacam da. "Dəyirman" qrupundan bu yana o mənə, mən ona dəstək olmuşam. Amma insanlar dəyişir. Heyf olsun ki, Miri Yusif bunu etdi. Onunla heç vaxt barışmaram. Çox xətrimə dəydi. Bir tədbirdə idik, kobud hadisə yaşandı. Gözləmədiyim insandan, gözləmədiyim hərəkət. Emin Əfəndini də (Miri Yusifin prodüseri - red.) görəndə heç salamlaşmaq istəmirəm. Hiss edirsən ki, məşhurluq insanları necə dəyişir".