"Nadirin arvadına xərclədiyi o pullar..."

"Nadirin arvadına xərclədiyi o pullar..."
6000 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Sərxan Kərəmoğlu müğənni Nadir Qafarzadənin ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, aparıcı “Hər şey daxil” verilişində sənətçiyə ismarış göndərib. O bildirib ki, nadir hər zaman başqalarına söz atır, amma özü irad qəbul etmir:

“Tolikin Nazpərinin başına tac qoymasını qınadı. Amma sənin də səhvlərin var. Arvadına “Yaşıl Teatr”da konsert verdin. Bir tək onu otuzdurub mahnı oxudun. 20-30 min pul xərclədin. Arvadına xərclədiyin o pullar nə idi? Ona çəkdiyin xərci evdə oxuyardın mahnını. O layihənin adı nə idi? Dünyada var belə şey? Ona xərclədiyin pulu aparıb kasıblara verərdin. Gecə çıxardın o pulu küçələri süpürən ana-bacılara paylayardın. Niyə özündəki qüsurları görmürsən, başqasında səhv axtarırsan. Niyə hər zaman sən deməli, gündəmə gəlməlisən? Niyə sabunu, ayaqqabını göstərib sən gündəmə gətirməlisən?”.