Sevgilisi ilə görüşə getdiyi üçün anasının tədbirinə gəlmədi - fotolar

Sevgilisi ilə görüşə getdiyi üçün anasının tədbirinə gəlmədi - fotolar
3678 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş futbolçu Devid Bekhemin britaniyalı dizayner xanımı Viktoriya Bekhemin Nyu-York moda həftəsində yaz-yay geyim kolleksiyası nümayiş olunub. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gecədə Viktoriyanı əri və uşaqları tək qoymayıb.

Lakin cütlüyün böyük oğlu Bruklin sevgilisi Xloe Moretzlə görüşdüyü üçün anasının tədbirində iştirak etməyib.

İkilinin Los-Ancelesdə dostları ilə parti təşkil etdiyi və Xloenin ad gününü qeyd etdiyi bildirilir.

Buna baxmayaraq, Bruklin anasını yeni döyməsi ilə təbrik edib. O, qoluna ürək və içərisində "Ana" yazılmış döyməsini İnstaqramda izləyiciləri ilə bölüşüb.