Axşam.az xarici KİV-ə istinadən qadınlara "Sevgililər günü"ndə bürclərinə görə ala biləcəyiniz hədiyyələrin siyajısını təqdim edir:

Koç bürcü - Yeniliyi sevən insanlardır. Heç kimin sahib olmadıqlarına sahib olmaq istəyirlər. Odur ki, onlara üzərində baş hərfi olan bilərsiz, ya da qulaqcıq almanız məsləhətdir.



Buğa bürcü - onlara alınan hədiyyə davamlılığı ilə fərqlənməlidir. Eyni zamanda lüks, amma zərif hədiyyələrdən xoşları gəlir. Odur ki, 3 seçiminiz var: sırğa, ipək gecə geyimi, ya da ətirli hamam dəsti.



Əkizlər - sosial insanlardır. Yəni cəmiyyətdə baş verən hər şey onlara təsir edir. Odur ki, fotoaparat, ya da romantik olsun deyə bilərzik onlar üçün əla hədiyyə ola bilər.



Xərçəng - sevgiyə, münasibətlərə çox önəm verirlər. Romantikdirlər. Odur ki, əl işlərindən hazırlanmış əşyalarla da onları sevindirə bilərsiniz. Şəkil albomu da xərçənglər üçün maraqlı hədiyyələrdən biri ola bilər.



Şir - Parıltılı əşyaları sevirlər. Eləcə də təhsilə böyük önəm verirlər. Yeməkdə onlar üçün hər şeydir. Odur ki, gözəl bir şam yeməyi, üzük və ya eynək şirləri xoşbəxt edəcək seçimdir.




Qız bürcü - çox təmizkardırlar. Sağlamlıqlarına fikir verirlər. Kolleksya toplamağı sevirlər. Kitab oxumaqdan həzz alırlar. Köhnə əşyalara üstünlük verirlər. Elə ona görə, onlara kitab, disk, kosmetika almaq olar.



Tərəzi - özünə qapalı, romantik insanlardır. Gözəl iyli ətirləri, romantik əsərləri çox sevirlər. Odur ki, onların hədiyyələri ya ətir, ya da kitab olsa, daha məsləhətlidir.



Əqrəb - bütün bürclər arasında ən cazibədar bürcdür. Fərqlənməyi sevirlər. Onları tam olaraq tanımaq mümküsüzdür. Ona gör onlara hədiyyə seçmək də çətindir. Musiqiyə həvəsli olurlar. Odur ki, onlara konsertə bilet, ya da geyim hədiyyə edin.



Oxatan - öyrənməyi və öyrətməyi sevən insanlardır. Tərslikləri də var. Yeni kəşflər etməyi də xoşlayıram. Onlar üçün ən gözəl hədiyyə ya çanta, ya da mətbəx kitabı ola bilər.



Oğlaq - ailələrinə bağlı adamlardır. Sadə, amma qeyri-adi əşyaları sevirlər. Eyni zmada idmana böyük maraqları var. İdmanla bağlı hər hansı bir aksessuar onları xoşbəxt edə bilər. Sadə, qeyri-adi formalı çanta və ya ev əşyası da ala bilərsiniz.



Dolça - bir yandan texnologiya ilə maraqlanırlar, digər yandan mistik əşyalarla. Eyni zamanda ətirləri çox sevirlər. Onlara konsert bileti, şam, ətir almaq daha məsləhətdir.



Balıqlar - su ünsürlü bu bürc hər şeyə inanır. Hətta daşlara da. Xatirələrlə yaşayırlar. Odur ki, onlara ya hər hansı qiymətli daşdan ibarət boyunbağı, ya da şəkillərdən ibarət albom hədiyyə etsəniz, sevinərlər.