Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir

Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir
4141 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə model özü sosial media hesabında yazıb.

O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.

Lakin Hadid ilk dəfə "Haşimoto uru" (və ya autoimmun tireidit - qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir) xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən arıqladığını açıqlayıb. O, ilk dəfə 17 yaşında xəstəliyindən xəbər tutduğunu söyləyib.