Flora Kərimovanı tanımayacaqsınız - video

Flora Kərimovanı tanımayacaqsınız -  video
10443 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın görünüşündə dəyişiklik edib.

Axşam.az-ın məlumatına görə, o, hər zaman qara saçda gördüyümüz müğənninin saçlarını saraldıb.

Anar F.Kərimovanın görüntüsünü İnstaqram səhifəsində paylaşıb və bunları qeyd edib:

“Qısa bir aradan sonra yenə sizləri sevindirmək qərarına gəldim. Sevgililər gününə olan əsrarəngiz hədiyyəm. Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm,  Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt-tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.