5 il sonra barışdılar

5 il sonra barışdılar
1615 dəfə oxunub
  • A-
  • A
  • A+
“Alatoran” filminin qəhrəmanları Robert Pattinsonla Kristen Stüart 5 illik ayrılıqdan sonra yenidən barışıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə barların birində səhərədək əylənib. Şahidlər Robertlə Kristenin əvvəlkitək səmimi olduqlarını qeyd ediblər.

Qeyd edək ki, Robertlə Kristen 2008-ci ildə “Alatoran” filminin çəkilişi zamanı tanış olublar. Onlar qısqanclıq səbəbindən 2012-ci ilin sonlarında ayrılıq qərarı almışdılar. Cütlük filmdə də sevgili rolunda çəkilib.