Əslən azərbaycanlı olan türkiyəli müğənni dünyasını dəyişdi

Əslən azərbaycanlı olan türkiyəli müğənni dünyasını dəyişdi
4951 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəng xəstəsi olan və bu səhər vəziyyəti pisləşən müğənni Nuray Hafiftaş dünyasını dəyişib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyulda bağırsağından əməliyyat olunan və daha sonra qaraciyər problemləri başlayan ifaçı uzun müddət idi həkim nəzarətindəydi.

Qeyd edək ki, əslən Azərbaycandan olan Nuray Hafiftaş 1964-cü ildə anadan olub. Sənətçinin musiqisi və sözləri özünə aid olan 100-dən çox mahnısı var.