Müğənni Mənzurə Musayeva “Hər şey daxil” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, canlı yayıma zəng edən bir şəxs sənətçi ilə ailə qurmaq istədiyini deyib.

Abdulla adlı oğlan Mənzurəni çox bəyəndiyini söyləyib:

“Çox sadə xanımdır. Onu efirdə görürdüm. Bildim ki, subaydı. Ona görə də elçi gəlmək istədim. Masallıda yaşayıram”.

“Sevgi olsa, hər yerə gedərəm. Onu tanımıram axı” deyə, Mənzurə cavab verib.





                 

Digər Xəbərlər