Bergüzar və Halit bu foto ilə sərvət qazanacaq

Bergüzar və Halit bu foto ilə sərvət qazanacaq
5196 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə inşaat şirkətlərindən biri aktrisa Bergüzar Korel və həyat yoldaşı Halit Ergençin oynadığı “Min bir gecə” serialından bir şəkli icazəsiz reklamlarında istifadə ediblər.

Axşam.az xarici KİV-ə istindən xəbər verir ki, bu səbəbdən həmin şirkət aktyorlar tərəfindən məhkəməyə verilib.

Hadisə 2008-ci ildə baş verib və əvvəlcə Bergüzarla Halit şirkətdən 500 min lirə tələb etsə də, sonradan proses uzandığı üçün məbləğ 1 milyona qaldırılıb.

Artıq qərar çıxarılıb və 10 ildən sonra tikinti şirkətinin zərərçəkmişlərə 1 milyon lirə ödənilməsi tələb olunub.