Aktyora qarşı kampaniya başlanıldı: "Tüpürməyi tərgit"

Aktyora qarşı kampaniya başlanıldı: "Tüpürməyi tərgit"
6990 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sen Anlat Karadeniz" serialında "Vedat" obrazını canlandıran aktyor Mehmet Ali Nuroğlu yenə sosial medianın dilinə düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet üçün izləyicilər "Tüpürməyi tərgit" kampaniyasına başlayıb.

Aktyor özü də İnstaqram hesabında ona gələn şərhlərə münasibət bildirib. O, həkim və özünün uşaq kimi əks olunduğu fotonu "Tüpürməyi təcili tərgitməliyəm" qeydi ilə paylaşıb.

Şəkil sosial media istifadəçilərinin gülüş hədəfinə çevrilib.