"Tamaşaçını söymüşəm, əcəb etmişəm"

"Tamaşaçını söymüşəm, əcəb etmişəm"
3992 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sosial şəbəkədə bir qız mənə yazırdı ki, sizi çox sevirəm. Siz mənim sevgilimə bənziyirsiniz. Ədalət Şükürovla Şəkil qoymuşdum. Bu qız da girib şəklin aşağısına yazıb ki, ikinizdən də zəhləm gedir. Mən mesajlara girib baxdım ki, bu mənə tərif yazan qızdı. O həm də mənə yazmışdı ki, biraz bizə pul verin”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Səhər-səhər” proqramında əməkdar artist Vasif Məhərrəmli deyib.

Müğənni izləyicisinə söyüş söydüyünü etiraf edib:

“Mən də qıza öz münasibətimi bildirdim. Bəli, söymüşəm, əccəb etmişəm. Təhqirlər yazanda insan elə qıcıq olur ki... Dedim, məndən xoşun gəlmirsə, izləmə. Demirəm, mənə və başqa həmkarlarıma tərif yağdırın. Tənqidi də yanaşa bilərsiniz. Amma hörmət çərçivəsində”.