Müğənni Kərim Abbasov “Həyat yoldaşı” adlı klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, mahnının musiqisi özünə, sözləri Nüsrət Kəsəmənliyə aiddir. Kərim bəstəni “Sevgililər günü”ndə həyat yoldaşına hədiyyə etdiyini deyib:

“Həyatımızda elə insanlar var ki, onlar tanrının bizə göndərdiyi hədiyyələrdir. Əlbəttə ki, bu insanlar bizim doğmalarımız və əzizlərimizdir. Klipi “Sevgililər günü”ndə həyat yoldaşıma hədiyyə etdim. Allahıma çox şükür edirəm ki, həyatımda bu cür qadın var. Allah bizi ayırmasın”.

Klipin rejissoru Qurban Qubaddır.



                 

Digər Xəbərlər