“Bir-iki günə unudular” deyənlərin arzusu ürəyində qaldı

“Bir-iki günə unudular” deyənlərin arzusu ürəyində qaldı
12595 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir reytinq siyahısında birinci olan “Diriliş Ertuğrul” serialı ötən gün də qalibiyyəti əldən verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birinciliyi yenə də ATV-də yayımlanan “Sen anlat Karadeniz” serialı ələ keçirib.

İlk gündən zirvədə olan ekran işi barədə “Bir-iki günə unudular” ifadəsi işlənsə də, amma nəticələr əksini göstərir.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Cəmi 4 bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.