“O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

“O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası
5103 dəfə oxunub
  • A-
  • A
  • A+
“Sen Anlat Karadeniz”də “Asiya” obrazını canlandıran aktrisa və müğənni Öykü Gürman dərgilərdən birinə müsahibə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı aktrisa ekran işindəki şiddət səhnələri ilə bağlı danışıb. O, bu səhnələrdən çox təsirləndiyini bildirib:

“Şiddət səhnələrini izləyəndə çox pis oluram, gözlərim dolur, əsəbiləşirəm. Göstərilən səhnələrdən daha çox şiddət alan qadınlarımızın olduğunu bilirəm. Hər cür zorakılığa qarşıyıq”.

Öykü həyat verdiyi “Asiya” xarakterindən də söz açıb. O, ssenarini ilk dəfə oxuyanda həmin obrazı çox sevdiyini bildirib.