Ayselin mahnısı İngiltərədə hazırlanır

Ayselin mahnısı İngiltərədə hazırlanır
1938 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovadan (Aisel) xəbər var.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, birinci yarımfinalda çıxış edəcək sənətçinin mahnısı, klipi və səhnə şousu fevralın sonunda təqdim olunacaq.

Bundan başqa, “Eurovision” mahnımızın final versiyası isə İngiltərədə hazırlanır. 8-ci nömrə altında çıxış edən Aysel ritmik yox, həzin mahnı ifa edəcək.