Əməkdar artist Gülüstan Əliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni proqrama qudası və nəvəsi ilə birlikdə gəlib. O bildirib ki, Xuraman xanım onun həm də sinif yoldaşı olub:

"Onun qızını sinif yoldaşım olduğu üçün almamışam. Oğlumla bir-birilərini bəyənib, seviblər. Uşaqlıqdan bir yerdə böyüyüblər. Xuraman qızına əvvəldən deyib ki, "Gələcəkdə aranızda nəsə problem olsa, mən rəfiqəmlə küsməyəcəm. Bizi düşmən etməyin".

Qudamla heç vaxt davamız olmur. Mən hərdən cəhd edirəm dalaşım. O isə sülh adamıdır".







                 

Digər Xəbərlər