"Pis ata deyiləm. Yaxşı insan olmağa çalışıram. Düşünürəm ki, yaxşı insan gözəl ata da ola bilər".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi övladına baxmaqda həyat yoldaşına kömək etdiyini deyib:

"Həyatım iki hissəyə bölünüb: ailəm və işim. İkisini də çatdırıram, heç birini narazı qoymuram. Evdə həyat yoldaşıma kömək də edirəm. Ata kimi hər şeyi edirəm. Ayrıseçkilik qoymaq lazım deyil. Təkcə xanım baxmalı deyil uşağa".

Elçin oğlunun fotolarını gec-gec paylaşmasının səbəbini açıqlayıb:

"Hər şeyi normada göstərəndə gözəl olur. Aşırı göstərmək pisdir. Tanınmış olduğumuz üçün bu şeyləri qorumalıyıq. Normada etməliyik ki, artıq söz deyilməsin".



                 

Digər Xəbərlər