"Mənimlə qalmaqal yaşayan insanlar düşünmürlər ki, davaya girəcəyimizə, Kərimlə işimiz olmasın da. Kərim 2-3 günün Kərimi deyil axı. 37 yaşım var. Mən bu sənətdə dovşanı araba ilə tuturam".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "Virtual həyat" verilişinə açıqlamasında deyib.

Sənətçi bir çox həmkarının onun bostanına daş atdığını bildirib:

"Baxırsan sənət, danışıq, səhnə mədəniyyəti yox. Gündə saçını xoruz pipiyinə bənzədir, rənglətdirir. Gah deyir müğənni deyiləm, gah deyir filankəsəm. Mənə lazım deyil söz atmaq. Axı sən bilirsən ki, mən sənə necə cavab qaytara bilərəm. Ondansa mənə dəymə!”.

Qeyd edək ki, Kərim ad çəkməsədə müğənni-bəstəkar Rəhim Rəhimliyə söz atdığı başa düşülüb. belə ki, R.Rəhimli bir müddət əvvəl açıqlamasında "Mən müğənni deyiləm" sözünü işlətmişdi. Eyni zamanda sənətçi tez-tez saçlarını rəngləyir.



                 

Digər Xəbərlər