Xınalığa 43 sm qar yağıb

Xınalığa 43 sm qar yağıb
637 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gündən başlayaraq, şimal bölgəsinə qar yağıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Rayonun qarın hündürlüyü Qırız kəndində 40 sm, Qonaqkənddə 20 sm, Qusarın Ləzə kəndində 31 sm, Xızının Altıağac qəsəbəsində 16 sm olub. Temperatur isə mənfi 7 dərəcəyədək aşağı düşüb.