Sevgilisini əlindən aldığı rəfiqəsini tanımadı

Sevgilisini əlindən aldığı rəfiqəsini tanımadı
4441 dəfə oxunub
  • A-
  • A
  • A+
İllər əvvəl yaxın rəfiqəsi Demet Akalının sevgilisi İbrahim Kutluayla ailə quran, bu il isə boşanan keçmiş model Demet Şener obyektivlərə tuş gəlib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərin Demetlə bağlı sualı modeli əsəbiləşdirib. O, Akalını tanımadığını deyib:

“Onu heç yerdə görməmişəm. Heç tanımıram da. 16 il keçib üstündən. Həyatda daha mühüm şeylər var. Bir gün varıq, bir gün yox. Qalan hər şey boşdur”.

Qeyd edək ki, basketbolçu İbrahim Kutluaydan xəyanət üzündən boşanan Demet Şener 2 uşaq anasıdır.