Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova “Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib:

“Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”.

K.Kərimova özünün isə çox ağırxasiyyətli qayınana olacağını söyləyib:

“Amma mən özüm çətin qayınana olacağam. Gəlindən əsl gəlinlik tələb edəcəyəm. Gəlin mən deyən gəlin olsa, başımın tacı olacaq. O artıq gəlinin fərasətindən, ağlından asılıdır”.


                 

Digər Xəbərlər