Müğənnilər Sevil və Sevinc Səfərova bacıalrı Mətanət Əsədovaya barışıq addımı atıblar.

Axşam.az xəbər verir ki, “Xəzər Maqazin”ə danışan bacılar vaxtilə aparıcıları olduqları “Hər şey daxil” verilişində yaşananlarla bağlı üzr istəyiblər:

“Verilişdə olan xırda söz-söhbət idi. Toliklə arası dəyməsin deyə bizi hədəf seçdi. Mətanət xanım bir böyük olaraq bizdən inciməsin. Həm yaşına, həm özünə , həm də sənətinə hörmət edirik. Mətanət, xanım incimisinizsə, yəqin ki bizə keçərsiniz”.

Xatırladaq ki, verilişlərin birində “Libasımın qiyməti 3 min manatdır” deyən Mətanət Tolik tərəfindən müzakirə olunmuşdu. O, həmin libasın 3 minlik olmadığını və bu pula dəymədiyini bildirmişdi. “Hər şey daxil” verilişinə zəngi gözlənilən Əsədova daha sonra fikrindən daşınaraq “Nə danışırsınız-danışın, vecimə deyil” söyləmişdi. Bu isə Toliki əsəbiləşdirmişdi.


                 

Digər Xəbərlər