Uzun zamandır efirlərdən uzaq düşən aşıq Azər Xanlaroğlundan xəbər var.

Axşam.az xəbər verir ki, sənətçi “Xəzər Maqazin”ə açıqlamasında xəstəliyinin çarəsinin İsraildə olduğunu deyib:

Əslində ayağımda olan problemdir. Qəbul etdiyim dərmanlar qaraciyərimə təsir eləmişdi. Ölüm xəbərlərim yayılmışdı. Həkimlərin səhlənkarlığı olmuşdu, mənə lazım olmayan dərmanlar vermişdilər. Ondan yaranıb böyüdü, bu hal baş verdi. Görünüşümdə, ictimai işlərdə mənə problem yaradır. Türkiyədə əməliyyat da olunmuşam. Bunun həlli deyəsən İsraildədir. Dostlarla danışırıq, mümkün olduğu qədər İsrailə gedəcəyəm. Səhnəyə elə qayıtmaq istəyirəm ki, evimdən çox efirdə olmağı arzulayıram. Ən böyük istəyim xəstəlik başlayanda “Çırpınırdı qara dəniz” ifa elədim, onunla ayağa qalxdım”.

Qeyd edək ki, Aşıq Azər “Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.


                   

Digər Xəbərlər