Müğənni Siara 10 aylıq qızı Siennanın fotolarını paylaşmağa davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu dəfə Siennanı natası Rassel Uilsonla çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb.

Siaranın "Ata və Sisi" qeydi ilə hesabında yerləşdirdiyi şəkli sevənlərinin "like" atəşinə tutulub. Onlar "Sienna eynilə atasıdır" kimi şərhlər yazıblar.

Qeyd edək ki, 2016-cı ildə 29 yaşlı Rassellə ailə quran 32 yaşlı sənətçi ötən ilin aprelində ana olub.





                   

Digər Xəbərlər